Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abituriyent ikinci imtahanda iştirakına görə ödəniş edəcək
Abituriyent ikinci imtahanda iştirakına görə ödəniş edəcək
25 Fevral 2017 / 10:26 / Baxış sayı: 548
Font1 Font2 Font3 Font4

Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları yararlanacaqlar.

Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək. Bu qayda eyni zamanda bir neçə ixtisas qrupuna ərizə verən abituriyentlərə də şamil olunacaqdır. Seçdiyi qruplardan biri üzrə ilk imtahanın ödənişi dövlət tərəfindən, digər imtahanların ödənişi isə abituriyent tərəfindən həyata keçiriləcək.
Bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə yanaşı 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər.
Qeyd edilən kateqoriyadan olan vətəndaşların tələbə qəbulu ilə bağlı keçirilən imtahanda, o cümlədən qəbul imtahanlarının tərkib hissəsi olan rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı və qabiliyyət imtahanında bir dəfə iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Bu Sərəncamın icrasından ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan gənclərinin böyük əksəriyyəti faydalanacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə