Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycana hansı ölkələrdən nə qədər turist gəlir? – Statistika
Azərbaycana hansı ölkələrdən nə qədər turist gəlir? – Statistika
25 Fevral 2017 / 11:58 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4
Ötən il əvvəlki illə müqayisədə Azərbaycana gələn İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22 dəfə artıb.
BakiPost.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib. O bildirib ki, ötən il Azərbaycanda müşahidə olunan turist artımı əsasən şərq ölkələrinin və qonşu dövlətlərin, əsasən də Rusiya və Gürcüstanın hesabına baş verib: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkəmizə gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 milyon 248,8 min nəfər olub. Ölkəyə gələn tursitlərin sayı ölkə əhalisinin 22,7 faizini təşkil edib. Halbuki ötən il Gürcüstana 6 350 825 xarici turistlər gəlib, bu isə ölkə əhalisinin sayından çoxdur. Maraqlı məqamlardan biri də odur ki, 2016-cı ildə Azərbaycandan Gürcüstana 1 523 075 turist səfər edib. Bu da əvvəlki illə müqayisədə 9,3% çoxdur.
Eyni zamanda ötən il əvvəlki illə müqayisədə Azərbaycana gələn İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artıb”.
Qubad İbadoğlu qeyd edib ki, ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6 faiz azalıb.
İqtisadçı onu da əlavə edib ki, bütövlükdə ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası; 22,5 faizi Gürcüstan; 14,0 faizi Türkiyə; 11,1 faizi İran; 19,3 faizi isə digər ölkələrin vətəndaşları olub.

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə