Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran Azərbaycanda Ticarət Mərkəzi açacaq
İran Azərbaycanda Ticarət Mərkəzi açacaq
25 Fevral 2017 / 13:12 / Baxış sayı: 870
Font1 Font2 Font3 Font4

“Azərbaycan və İran arasında əlaqələr strateji səviyyədədir”. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın sənət, mədən və ticarət nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının sədri Müctəba Xosrovtac deyib.
Onun sözlərinə görə, tərəflərin əsas məqsədi iqtisadi əlaqələrin qurulmasının asanlaşdırılmasıdır: “İran Azərbaycanla əlaqələrini inkişaf etdirmək üçün ciddi səylər göstərir. Ölkələrimiz arasında əlaqələr strateji səviyyədədir. Hökumətlərarası Komissiya qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımi addımlar atır. Bilirsiniz ki, İrana qarşı sanksiyalar tətbiq olunmazdan öncə iş adamlarımız Azərbaycanın sənaye və istehsal sahələrinə ciddi yatırımlar etdi. Lakin sanksiyalar ucbatından iş adamlarımız ciddi problemlərlə üzləşdi və biznesini inkişaf etdirə bilmədi. İndi isə yeni şərtlər əsasında əməkdaşlıq etməyə başlamışıq. Yatırım üçün yaxşı şərait mövcuddur və biz bunda qərarlıyıq”.

 

Yeri gəlmişkən, APA-nın Tehran bürosunun əldə etdiyi məlumata görə, İranın Ticarətin İnkişafı Təşkilatı altı ölkədə Ticarət Mərkəzi açmağı planlaşdırır ki, bu ölkələr arasında Azərbaycanda var. Bildirilir ki, Azərbaycan-İran Ticarət Mərkəzi özəl sektoru dəstəkləməyi qarşısına hədəf qoyub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə