Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəbhədə gərginlik: nəyə görə indi?
Cəbhədə gərginlik: nəyə görə indi?
25 Fevral 2017 / 13:59 / Baxış sayı: 1118
Font1 Font2 Font3 Font4

Ötən gücə qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsi Ermənistandakı daxili siyasi vəziyyətlə bağlıdır: seçkilər yaxınlaşır və hakimiyyət əhalinin diqqətini “xarici düşmən”ə yönəltmək istəyir. Bu barədə virtualaz.org-a hərbi ekspert, Qarabağ müharibəsinin veteranı İlham Ağalarov danışıb.

Onun sözlərinə görə, hələ 90-cı illərdən Azərbaycan hərbçiləri bir məqama fikir veriblər ki, erməni qüvvələrinin fəallığı “erməni genosidi”nin ildönümünə yaxın,. yəni aprelin 24-25-i tarixlərinə yaxın vaxtlarda artır. “Sonradan diqqət yetirdik ki, aprel olmasa da, məhz hər ayın məhz bu günlərində təxribatlar baş verir və ciddi qarşıdurmalar olur. Budur, son kəskinləşmə də ayın 24-25-nə düşdü”, – ekspert deyib.

Bundan əlavə, Ağalarov erməni tərəfinin tez-tez bəyanatlar verərək, 2016-cıl ilin 1 aprel tarixinə qədərki “status quo”nu qaytarmağa cəhd edəcəklərini xatırladıb.

Qeyd edək ki, erməni mənbələrinin bildirdiklərinə əsasən, neytral zonada qətlə yetirilmiş bir neçə Azərbaycan əsgərinin meyitləri qalmaqdadır. Ekspertin sözlərinə görə, hələlik bununla bağlı etibarlı məlumat yoxdur və buna görə də, onları şərh etmək düzgün deyil.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə