Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtaliya parlamentində Xocalı soyqırımının tanınması təklif olundu
İtaliya parlamentində Xocalı soyqırımının tanınması təklif olundu
25 Fevral 2017 / 13:41 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4

İtaliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina, habelə senatorlar Mariya Rizzotti və Hans Berqer Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Senatda çıxış ediblər.

Senator Sercio Divina çıxışında bildirib ki, 1992-ci il fevralın 26-da baş verən hadisəni erməni tərəfi hərbi əməliyyat kimi qələmə verməyə çalışır, lakin həmin vaxt 600-dən çox mülki şəxs, o cümlədən 100-dən çox qadın, 150-dən çox uşaq və qoca qətlə yetirilib: “Müharibə mülki əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı aparılmır. Faciədən məlumatlı olmayanlar üçün bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bir hissəsi kimi başa düşülür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 4 qətnaməsi Azərbaycanın bu ərazilər üzərindəki suverenliyini tanıyır, ötən 25 ildə burada etnik təmizləmə həyata keçirilib. Bir milyondan çox azərbaycanlı öz doğma yurdunda yaşamaqdan məhrum edilib, bu ərazilərdən zorla qovulub, bu səbəbdən də ölkənin müxtəlif yerlərində məcburi köçkün kimi yaşamağa məcbur olublar. Qafqaz bizim üçün nisbətən uzaq regiondur, buna görə də Avropa mətbuatı oraya az diqqət ayırır, oradakı vəziyyətlə bağlı düzgün informasiya vermir və kimlərinsə maraqları naminə propaqanda aparır”.

Senator Mariya Rizzotti çıxışında bildirib ki, Romanın sakit mühitində yaşayaraq, Xocalı qurbanlarına qarşı törədilmiş vəhşilikləri və insanların keçirdikləri mənəvi sarsıntıları anlamaq çətindir: “Bu gün Xocalı soyqırımının canlı şahidlərinin acı xatirələri var. İyirmi ildir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon olmaqla, Azərbaycan ərazilərinin 20%-i işğal altındadır. Təcavüz nəticəsində 20 min Azərbaycan vətəndaşı həlak olub, 1 milyon qaçqın və məcburi köçkün Azərbaycanda məskunlaşıb. Ermənistan qoşunlarının Azərbaycan ərazisindən geri çəkilməsini və qaçqınların öz yurdlarına qayıtmasını tələb edən BMT TŞ-nin 822, 853, 874 və 884 saylı 4 qətnaməsi var. Bundan əlavə, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və NATO kimi beynəlxalq təşkilatların münaqişə ilə bağlı bu tipli çoxsaylı sənədi mövcuddur. Bəs biz hələ nəyi gözləyirik? Bu məqsədlə İtaliya Senatı və hökumətini Xocalı Soyqırımını tanımağa, bu gün Ermənistanın siyasi və hərbi rəhbərliyini təşkil edən soyqırımı törədən şəxsləri ittiham etməyə və soyqırımı qurbanlarına mənəvi dəstək olmaq üçün Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə çağırıram. Həmçinin təklif edirəm ki, 26 fevral hər il Senatda Xocalı soyqırımının anım günü kimi qeyd edilsin”.

Senator Hans Berqer bildirib ki, gələcəkdə bu kimi faciələrin qarşısının alınması məqsədilə İtaliya ictimaiyyətinin bu faciə haqqında məlumatlandırılması və Senatın faciəyə düzgün qiymət verməsi olduqca əhəmiyyətlidir: “Təəssüf ki, tarixin qaranlıq səhifələrində itib-batmış və ictimaiyyətin diqqətindən kənar qalmış bu kimi vəhşiliyi ilə seçilən faciəvi hadisələr mövcuddur. Bunlardan biri də Azərbaycanda baş vermiş Xocalı soyqırımıdır. Mən özümü hamımızı bu soyqırımı unutmamağa çağırmağa borclu hesab edirəm. Ermənistanı Xocalı soyqırımı ilə bağlı tutduğu inkar etmə mövqeyindən və Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətdən əl çəkməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyətə müraciət edirəm. Bu, insan hüquqlarının təmini və regionda sülhə nail olmaq məsuliyyətimizdən irəli gələn bir addımdır”. (apa)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə