Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tərtərdə vəziyyət necədir? – İcra başçısı açıqladı
Tərtərdə vəziyyət necədir? – İcra başçısı açıqladı
25 Fevral 2017 / 14:40 / Baxış sayı: 932
Font1 Font2 Font3 Font4
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.
Döyüş toqquşması nəticəsində itkilərimiz var.
Hazırda düşmənlə təmas xəttində yerləşən Tərtər rayonunda sabitlik hökm sürür. Bu haqda Modern.az-a Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, gecə saatlarında cəbhədə gərginlik yaşansa da, hazırda həyat öz axarı ilə davam edir. Rayonda və kəndlərdə zərər görən evlər, xəsarət alan vətəndaşlar yoxdur.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə