Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəbhədə son vəziyyət (VİDEO)
Cəbhədə son vəziyyət (VİDEO)
25 Fevral 2017 / 15:10 / Baxış sayı: 9670
Font1 Font2 Font3 Font4

Kəndlərdə dağıntı yoxdur

Cəbhə xəttində nisbi sakitçilik hökm sürür. İstiPress-in bölgə müxbirinin məlumatına görə, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Səhər saatlarından başlayaraq isə atəş səsləri demək olar ki, eşidilməyib. Təmas xəttinə ən yaxın ərazidə yerləşən Ağdamın Təzəkənd kəndində də yaşayan insanlar gündəlik fəaliyyətlərini davam etdirirlər.

Sakinlər kəndlərdə heç bir dağıntı olmadığını deyiblər.

Xatırladaq ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular  və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib.

Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə