Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

D18 Hərəkatı bəyanat yaydı
D18 Hərəkatı bəyanat yaydı
25 Fevral 2017 / 15:47 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4
D18 Hərəkatın Qadir Ağakiyevin həbsi ilə bağlı bəyanat yayıb. Qaynarinfo.Az xəbər verir ki, bəyanatda deyilir:  
“Fevralın 20-də D18 Hərəkatının üzvü Qadir Ağakiyev Sumqayıt polisləri tərəfindən ictimai yerdə asayişi pozmaq və polisə müqavimət adı ilə Sumqayıt Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə 30 gün müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarına etiraz olaraq vəkil Fariz Namazlı fevralın 24-də Sumqayıt şəhər Apelyasiya Məhkəməsinə şikayət edib. Ancaq Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin hakimi Fərmayıl Zeynallı haqsız olan bu qərarı qüvvədə saxlayıb.
Hərəkatın üzvü Qadir Ağakişiyev fevralın 20-dən həbsdə olmasına baxmayaraq, vəkili Fariz Namazlı ilə görüşünə də icazə verilmir. Bu isə bizdə polis idarəsində Qadir Ağakişiyevə qarşı işgəncə tətbiq edilməsi düşüncəsini yaradır. Bununla bağlı D18 Hərəkatı fevralın 27-i Ombudsmana müraciət edəcək.
Biz vəkil Fariz Namazlı vasitəsilə Qadir Ağakişiyevlə görüşmək, onun sağlamlığında hansısa problemin olub olmaması ilə maraqlanmaq istəyirik. Ancaq çox təəssüf ki, Sumqayıt Şəhər Polis iİarəsi bizim görüşümüzün qarşısını alır.
Fevralın 24-ü axşam 22:30 radələrində isə Hərəkatımızın İdarə Heyətinin üzvü Samirə Ağayevanın həyatına təhlükə yaradılıb. Qara rəngli JEEP markalı avtomobil Samirə Ağayevanı evinə qədər izləyib və evinə çatanda maşın Samirə xanımın üzərinə sürülüb. Samirə xanımın dediyinə görə maşında iki nəfər mülki şəxs olub. Bu şəxslər Samirə xanımın yaşadığı binanın qarşısında bir müddət dayanıblar.
Biz bu halları hakimiyyətin D18 Hərəkatına qarşı olan basqısı hesab edirik. Hakimiyyətdən tələb edirik ki, demokratik camiəyə və gənclərə qarşı basqısını dayandırsın. Bu cür hərəkətlər ölkənin imicinə zərbə vurur”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə