Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Jurnalistlərin nəzərinə: Xüsusi xidmət orqanlarının hədəfində ola bilərsiniz…
Jurnalistlərin nəzərinə: Xüsusi xidmət orqanlarının hədəfində ola bilərsiniz…
25 Fevral 2017 / 20:30 / Baxış sayı: 854
Font1 Font2 Font3 Font4

Almaniyanın “Spiegel” qəzetinin yaydığı məlumata görə, alman xüsusi xidmət orqanların 1996-cı ildən etibarən “Reuters”, “BBC” və “New York Times”da çalışan bəzi jurnalistlərin müntəzəm izlənməsin i həyata keçirib.

Maraqlıdır, Azərbaycan jurnalistləri də xarici xüsusi xidmət orqanlarının hədəfinə çevrilə, onlar tərəfindən izlənə bilərmi? Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bunun tamamilə mümkün olduğunu vurğulayıb:
“Jurnalistlərimizin xarici xüsusi xidmət orqnaları tərəfindən izlənə bilməsi tamamilə mümkündür. Buna şübhəniz olmasın. Bu, dünyada geniş yayılmış praktikadır. Bəzi yazılarlarla bağlı səfirlik əməkdaşlarının redaksiyalara gəlməsi halları olub. Bir sıra hallarda biz hətta xarici xüsusi xidmət orqanlarının müraciəti əsasında jurnalistlərin cəzalandırılmasının da şahidi olmuşuq. Rauf Mirqədirov yaddan çıxdımı? Bundan öncə də bu cür hallar olub.
Fəal və xüsusilə də beynəlxalq mövzuda yazılar yazan jurnalistlər xarici xüsusi xidmət orqanlaırnın diqqəti altında olur. Bu jurnalistlər müxtəlif mümkün vasitələrlə izlənilir. Buna görə də jurnalistlər hətta heç bir təhlükə hiss etmədikləri halda belə öz informasiya mənbələrini, informasiya bazalarını qorumalıdırlar. Bunun üçün isə xüsusi tədris proqramları mövcuddur. Doğrudur, bu, Azərbaycanda yoxdur. Lakin bu yaxınlarda Bakıya gələn beynəlxalq təşkilatlardan biri jurnalistlər üçün bununla bağlı iş apardı”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə