Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu məsələni qanla yox, sülhlə həll etmək istəyirik” – Nazir müavini
“Bu məsələni qanla yox, sülhlə həll etmək istəyirik” – Nazir müavini
26 Fevral 2017 / 11:27 / Baxış sayı: 832
Font1 Font2 Font3 Font4

“Xocalı soyqırımını törədən cinayətkarlar indiyə qədər məsuliyyətə cəlb olunmayıblar. Azərbaycanın tarixində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı çox geniş miqyaslı cinayət, soyqırım aktları törədilib”.

arxiv.bizimxeber.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında xarici işlər nazirnin müavini Xələf Xələfov deyib. O bildirib ki, 20-ci əsrin sonunda belə bir cinayətin törədilməsi ağlabatan deyildi.

“Çünki müasir sivilizasiya ən azından bunu məntiqlə qəbul edə bilmirdi. Buna baxmayaraq bu cinayət ermənilər tərəfindən törədildi. Bu, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər xronologiyasında ən ağırı idi. Bu, Ermənistan tarixində qara bir ləkədir.

Düşünürəm ki, Erməsitan buna cavab verməli olacaq. Bizim borcumuz ondan ibarətdir ki, bu gün Xocalı soyqırımına təkcə siyasi qiymət vermək yox, həm də onun hüquqi qiymətinin verilməsini təmin edək. Bunun üçün Azərbaycan qurumları öz fəaliyyətini davam etdirməlidir, beynəlxalq qurumlar bu işə cəlb olunmaldır. Bu istiqamətdə araşdırmalar aparılır və düşünürəm ki, beynəlxalq qurumların cəlb olunması ilə bu cinayətə qiymət vermək üçün müəyyən bir hüquqi mexanizm yaradılması mümkündür.

Tanınmış beynəlxalq hüquqsünaslar bu işə cəlb olunmalıdır ki, tribunal vasitəsi ilə bu cinayətkarlar məsuliyyətə cəlb olunsun. Azərbayacan xalqının və dövlətinin buna potensiyalı çatacaq və bu gün inkişaf edən dövlətimizin bu istiqamətdə apardığı işlər son nəticədə Xocalı şəhidlərinin qanını yerdə qoymayacaq, cinayətkarlar cəzalarını alacaq”.

Dünən cəbhədə baş verənlərlə bağlı danışan Xələf Xələfov, bu hadisələri Erməsindən tərəfinin törətdiyi təxribatların seriyası kimi dəyərləndirib.

“Bütün dövrlərdə nə vaxtki danışıqlar prosesi konkret məcraya yönəlir və nə vaxt ki, Ermənistan sülh prosesini davam etdirmək üçün addımlar atmaldır, işğal olunmuş əraziləri boşaltmaldır, onda bu təxribatlar daha da güclənir.
Növbəti təxribatlar Ermənistan tərəfindən danışıqlar prosesini yayındırmaq məqsədi ilə həyata keçirilib, ikinci isə dünya artıq Ermənistanın “şıltaqlığından” doyub, “status-kvo” dəyişməlidir, işğal olunmuş ərazilər azad edilməlidir ki, regionda sülhə nail olunsun.

Ona görə də bu təxribatların sonu yoxdur, bütün dünya ictimaiyyəti də, qonşularımızda yaxşı bilir ki, Azərbaycanın torpaqlarını işğal etmək, ilhaq etmək, onu mənimsəməyə Ermənistanın potensialı yoxdur. Azərbaycan xalqı hər zaman o potensiala malikdir ki, öz torpaqlarını azad etsin. Biz bunu edəcəyik, amma Azərbaycan sülhsevər dövlətdir, biz bu məsələni qan tökməklə yox, sülh yolu ilə həll etmək istəyirik və dünya ictimaiyyətindən tələb edirik ki, Ermənistanın təcavüzkar siyasətinə son qoyması üçün adsımlar atsın. Bu gün dünyada bir çox nümunələr var ki, dövlətlər özü sülhə gəlməyəndə onu sülhə vadar edirlər. Bu gün həmsədrlər, prosesə cəlb olubmuş digər dövlətlər Ermənistanı sülhə vadar etməlidirlər. Vəziyyətin bu cür qalması region üçün çox böyük təhlükədir. Ona görə də məsuliyyəti dərk edən hər bir ölkə Ermənistanın cinayətkar əməllərinə son qoyulmasını tələb etməlidir, ən azı danışıqlar prosesinə yeni implus verilmədir və hadisədə əsas fokus işğal olunmuş ərazilərin azad olunmasına yönəlməlidir. Çünki bu addımlar atılmasa, regionda etimad tədbirləri olmasa, sülhə nail olmaq mümkün deyil. Mən bilirəm və inanıram ki, gec-tez Ermənistan bir dövlət kimi dərk edəcək ki, bu cür avantürist siyasətlə nə dövlətin, nə də millətin gələcəyini təmin etmək mümkündür. Bu regionda sabit, normal yaşamağın, inkişaf prespektvinə nail olmağı yeganə yolu işğal olunmuş ərazilərin azad olunmasından keçir, regionda sülh danışığından keçir, regionda sülh barışığından keçir və etimad tədbirlərinin gücləndirilməsindən keçir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə