Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hava soyuyacaq
Hava soyuyacaq
26 Fevral 2017 / 13:11 / Baxış sayı: 912
Font1 Font2 Font3 Font4

Fevralın 27-də Azərbaycanda havanın temperaturu aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacağı, gecə və səhər ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə