Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsraildəki ticarət mərkəzində atışma
İsraildəki ticarət mərkəzində atışma
26 Fevral 2017 / 14:47 / Baxış sayı: 752
Font1 Font2 Font3 Font4

Bazar günü səhər İsrail KİV-i Petax-Tikva şəhərində odlu silahın tətbiq olunduğu hadisə haqda xəbər yayıb. Virtualaz.org-un xəbərinə görə, İsrail polisi mətbuat xidmətinin hadisə ilə bağlı məlumatında deyilir ki, təxminən 07-də polisə Bentsion Qalis küçəsindəki ticarət mərkəzində atışma haqda informasiya daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları oradakı mühafizəçini yaralı halda aşkarlayıblar. İlkin araşdırmanın nəticələrindən məlum olub ki, zərərçəkən təxminən 30 yaşı olan Azərbaycan vətəndaşıdır. O, İsraildə daimi yaşamaq statusuna malikdir, ancaq silah gəzdirməyə hüququ yoxdur. Polis bildirir ki, zərərçəkmiş hələ müəyyən edilməmiş yolla başqa mühafizəçinin silahını əldə edib. Zərərçəkənə ilk tibbi yardım göstərilib və o, “Beylinson” xəstəxanasına çatdırılıb. Silahın sahibi dindirilmək üçün saxlanılıb. Araşdırma davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə