Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Əgər Azərbaycan başlasaydı, İlham Əliyev Qətərə getməzdi”
“Əgər Azərbaycan başlasaydı, İlham Əliyev Qətərə getməzdi”
27 Fevral 2017 / 8:44 / Baxış sayı: 1154
Font1 Font2 Font3 Font4

Postsovet məkanının ekspert cəmiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin kəskin eskalasiyasını müzakirə etməkdə davam edir, hansı ki, srağagün sərt döyüş hərəkətlərinə gətirib çıxardı və hər iki tərəfdən hərbi qulluqçular həlak oldular.

Rusiya hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru, “Dünya silah ticarətinin analizi mərkəzi”nin direktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, ehtiyatda olan polkovnik İqor Korotçenko virtualaz.org-un Moskva bürosuna bildirib ki, hazırda ziddiyyətli qiymətləndirmələr gedir, tərəflər bir-birini atəşkəs rejiminin pozulmasında və hücumda ittiham edir.

“ATƏT aydınlaşdırmalıdır ki, münaqişənin eskalasiyasına səbəb nə oldu. Aydındır ki, təmas xəttində diversiya-kəşfiyyat qrupları hərəkətə cəlb ediliblər, amma kimin tərəfindən – mən deyə bilmirəm”, – ekspert qeyd edib.

Korotçenkonun sözlərinə görə, Rusiya Federasiyası regionda vəziyyətin kəskinləşməsində maraqlı deyil.

” Ancaq qeyd etməyə dəyər ki, burada böyük hərbi potensial yığılıb. Azərbaycan Rusiya, İsrail və Türkiyədən silah alır. Və bütövlükdə ölkə silahların alınması üzrə lider mövqe tutur. Əks tərəfə gəlincə, o orada uzunmüddətli və yaxşı təchiz edilmiş mövqelər hazırlayıb”, – Korotçenko vurğulayıb.

Onun sözlərinə görə, döyüş hərəkətlərinin yenilənməsi regionda ağır nəticələrə gətirib çıxara bilər. “Aydındır ki, Azərbaycan bunda maraqlı deyil, əks təqdirdə ölkənin prezidenti İlham Əliyev Qətərə səfərə yola düşməzdi”, – deyə Korotçenko qeyd edib.\virtualaz.org\

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə