Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Oskar”da müsəlman sürprizi
“Oskar”da müsəlman sürprizi
27 Fevral 2017 / 9:18 / Baxış sayı: 540
Font1 Font2 Font3 Font4

Azərbaycanın cənub qonşusundan olan rejissor Tramp qadağasının qurbanı oldu

Bu gecə ABŞ-da kino dünyasının ən nüfuzlu mükafatı olan “Oskar” öz sahiblərini tapıb. İstiPress-in məlumatına görə, 89-cu dəfə baş tutan mərasim “Dolby” kinoteatrında olub.

Bu il “Oskar”da əsl sürpriz yaşanıb. Belə ki, “ən yaxşı ikinci plan aktyoru” nominasiyasında mükafatı müsəlman aktyor qazanıb. Maherşala Ali bu nominasiyada mükafat qazanan ilk müsəlman aktyor olub.

Maherşala Ali

Maherşala Ali

ABŞ prezidenti Donald Trampın müsəlmanlara qadağası da mərasimə təsirsiz ötüşməyib. “The Salesman” (Satıcı) filmi “ən yaxşı əcnəbi film” nominasiyasında mükafat qazanan iranlı rejissor Əsgər Farhadi heykəlini almayıb. O, viza qadağasına görə ABŞ-a gedə bilməyib.

“Oskar” heykəlini qazanan digər nominasiyalar aşağıdakılardır:

“Ən yaxşı mahnı” – “La la Lend”

32 yaşlı rejissor Demen Şazelin “La-La Lend” müsiqili filmi bu mərasimdə ən çox mükafat qazanan film olub. Film “Üzüklərin hökmüdarı”, “Titanik”in rekordlarını qırıb və 14 nominasiyada namizəd göstərilib. Lakin film 11 heykəl qazanıb və adıçəkilən filmlərdən geri qalıb.

oskar

“Ən yaxşı aktyor”- Keysi Afflek “Dəniz sahilindəki Mançestr”
“Ən yaxşı ikinci planda aktrisa” – Viola Davis “Fences” (Hasar)
“Ən yaxşı sənədli film” – “O.J: Made in America” (O.J:Amerika istehsalı)

“Ən yaxı səs effektləri” – “Arrival”
“Ən yaxşı qısa animasiya filmi” – “Piper”

“Ən yaxşı animasiya” – “Zootopia”

“Ən yaxşı effekt” – “The Jungle Book”

“Ən orjinal mahnı” – “City Of Stars” (Ulduzlar şəhəri), “La La Land



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə