Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriyada toqquşma
Suriyada toqquşma
27 Fevral 2017 / 9:28 / Baxış sayı: 544
Font1 Font2 Font3 Font4

Bir toqquşmada 22 əsgər ölüb

Münaqişə ocağı olan Suriyada iki ordu qarşı-qarşıya gəlib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türk Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu ilə türklərin azad etdiyi Əl Babın cənubundakı Tadif rayonunda nəzarəti ələ keçirən Suriya ordusu arasında toqquşma olub. 

Tadifi İŞİD-dan geri alan Suriya ordusu bu həmlə ilə Türkiyənin dəstəklədiyi ordunun Əl Babın cənubuna irəliləməsinin qarşısını almağa çalışır.

Məlumata görə, iki ordunun toqquşması nəticəsində Əsəd rejimin 22 hərbçisinin öldürüldüyü iddia edilib.

Qeyd edək ki, bu fevral ayı ərzində iki ordu arasında baş verən ikinci toqquşmadır. Bundan öncə Əl Babın cənub qərbindəki Əbu Zeyd kəndində vuruşma olub.

Rus mənbələr Tadifin Suriya ordusu ilə Türkiyənin dəstəklədiyi güclər arasında ayırıcı xətt olduğunu və tərəflərin bu barədə razılığa gəldiklərini iddia etmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə