Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qoğal satan kişi dispetçerin qulağını kəsdi – Bakıda
Qoğal satan kişi dispetçerin qulağını kəsdi – Bakıda
27 Fevral 2017 / 10:06 / Baxış sayı: 504
Font1 Font2 Font3 Font4

Bakıda qoğal satan şəxs dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.

arxiv.bizimxeber.az-ın Report- istinadən xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, Rüstəm Rüstəmov küçəsində “makler bazarı” kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib. Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını almaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, E.Məmmədov avtobus dayanacağında dispetçer kimi fəaliyyət göstərir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə