Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazarbayev Nobel sülh mükafatına namizəd oldu
Nazarbayev Nobel sülh mükafatına namizəd oldu
27 Fevral 2017 / 10:53 / Baxış sayı: 462
Font1 Font2 Font3 Font4

Mərkəzi İsveçrədə yerləşən Bazel Elmi-Araşdırma İnstitutunun ofisinin direktoru Alin Vare Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Qazaxıstan KİV-i xəbər verir ki, anti-nüvə hərəkatının fəallarından olan A.Vare bu haqda Facebook səhifəsində yazıb.

O, “ATOM” layihəsinin fəxri səfiri, rəssam Karipbek Kuyyukovun da Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

“Nüvə silahının məhv edilməsi və sülh uğurunda yorulmaz fəaliyyətlərinə görə mən bu il Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Karipbek Kuyyukovun Nobel sülh mükafatına layiq görülməsini təklif edirəm”, – deyə o, yazıb.

A.Vare bildirib ki, britaniyalı siyasətçi Bill Kidd də Nazarbayev və Kuyyukovun bu mükafat layiq görülməsini təklif edib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu mükafata namizədliyi 2011-ci ildə də müxtəlif təşkilatlar tərəfindən irəli sürülmüşdü.(“Report”)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə