Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

PKK-nın qorxunc planı: Ölümsüzlər taboru yaradıldı
PKK-nın qorxunc planı: Ölümsüzlər taboru yaradıldı
27 Fevral 2017 / 12:06 / Baxış sayı: 578
Font1 Font2 Font3 Font4

ABŞ PKK-ya 38 milyon dollarlıq silah verib.
arxiv.bizimxeber.az axar.az-a istinadən xəbər verir ki, bunu “Sözcü” qəzetinə açıqlamasında Türkcə Danışan Ölkələrin Jurnalistlər Dərnəyinin rəhbəri Güngör Yavuzaslan söyləyib.
“PKK və YPG-nin İŞİD-ə qarşı mübarizədə ABŞ-ın yanında yer alması, onların Suriya və İraqda yollarını açıb. ABŞ-dan böyük dəstək alan terror təşkilatı nizami ordu qurmaqla bərabər, Sincarda muxtariyyət əldə etmək istəyir. Artıq bununla bağlı ABŞ-ın Bağdaddakı səfirliyi ilə danışıqlar aparılır. PKK yezidi kürdlər üçün qurduğu YBŞ (Sincar-Şenqal Müqavimət Birlikləri – red.) qruplaşmasına da Vaşinqtonun verdiyi dəstək artıb. Son 1 ildə bu dəstək 38 milyon dollara çatıb. PKK həmçinin Qəndildəki gücünün böyük hissəsini Sincara köçürüb. Buradakı düşərgələrdə yezidilərlə yanaşı, Mosul və ətrafında İŞİD-lə bağlantısı olanlar da toplanmaya başlayıb. PKK Sincarda 4500 nəfərlik Yezidxan Müdafiə Birlikləri formalaşdırıb. Üstəlik, Sincardakı düşərgələrdə digər kürdlər və ərəblərdən formalaşan 2 min nəfərlik qruplar da var. PKK Sincarı Suriya ilə əlaqələri üçün əlində tutur. Bu işdə ona Bağdad rəhbərliyi dəstək verir. Təkcə keçən ay Bağdad PKK-ya 12 milyon dollarlıq silah verib. Üstəlik, yezidi qadın və uşaqların bir hissəsi Qəndilə aparılıb. 400 nəfərlik ölümsüzlər taboru yaradılıb. Burada isə uşaqlar canlı bomba olaraq yetişdirilir və onlardan bəziləri Türkiyəyə göndəriləcək. Sincar artıq ikinci Qəndilə çevrilib”, – deyə o bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə