Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pakistan generalı bəzi silahların istehsal texnologiyasını Azərbaycana vermək istəyir
Pakistan generalı bəzi silahların istehsal texnologiyasını Azərbaycana vermək istəyir
27 Fevral 2017 / 12:19 / Baxış sayı: 570
Font1 Font2 Font3 Font4

Pakistanın GIDS (Global Industrial & Defence Solutions) şirkəti quru qoşunları, hərbi dəniz qüvvələri və daxili qoşunların təchizatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bu barədə “Report”a şirkətinin rəhbəri, istefada olan general-mayor Tariq Cavaid bildirib.

Onun sözlərinə görə, şirkət artıq Pakistanda daxili qoşunlara silah təminatını həyata keçirir.

“Daxili qoşunları dəbilqələr, tüstü bombası ilə təmin edirik. HHQ və quru qoşunlarına gəlincə, artıq müqavilələrimiz var və hər iki ölkənin yüksək rütbəli məmurlarından təsdiq gözləyirik”, – deyə, T.Cavaid vurğulayıb.

GIDS rəhbəri həmçinin əl qumbaraatanlarının istehsalı texnologiyasını Azərbaycana verməkdə maraqlı olduqlarını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu məsələ ilə bağlı müəyyən razılaşma var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə