Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Ermənistana yeni qırıcılar göndərir
Rusiya Ermənistana yeni qırıcılar göndərir
27 Fevral 2017 / 12:25 / Baxış sayı: 1620
Font1 Font2 Font3 Font4

Komandir: “Qırıcılarımız qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırdır”

Rusiya Silahlı Qüvvələri Ermənistandakı qırıcılarını yeniləyəcək.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanın Erebuni aerodromundakı Rusiya aviabazasının komandiri Aleksandr Petrov bildirib.

Onun sözlərinə görə, Ermənistandakı MiQ-29 qırıcıları yaxın vaxtlarda MiQ-35 qırıcları ilə əvəzlənə bilər.

“Bu yaxınlarda MiQ-35 təyyarələrinin pilot layihəsini həyata keçirdik. Gizlətməyəcəm, müəyyən müddətdən, bəlkə də bir neçə ilə MiQ-35 qırıcıları Ermənistandakı avibazaya göndəriləcək”, – A.Petrov bildirib.

Rusiya hərbi aviabazasının komandiri əlavə edib ki, Ermənistandakı hərbi bazada yerləşən MiQ-29 qırıcıları və Mi-24 və Mi-8 helikopterləri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə