Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran prezidenti Pakistana gedir
İran prezidenti Pakistana gedir
27 Fevral 2017 / 12:47 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4

İran Prezidenti Həsən Ruhani fevralın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin liderlərinin zirvə görüşündə iştirak etmək üçün Pakistana yola düşəcək.

İran Prezidentinin administrasiyasından verilən məlumata görə, H.Ruhani İslamabadda keçiriləcək zirvə görüşündə çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Zirvə görüşündə üzv dövlətlərin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin hazırlanıb həyata keçirilməsi və perspektiv inkişaf məsələləri müzakirə ediləcək. Görüşün nəticəsi kimi İslamabad Bəyannaməsinin qəbul ediləcəyi də gözlənilir.

Xatırladaq ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə arasında yaradılıb. SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrini genişləndirməyə çalışan Orta Asiyanın keçmiş sovet respublikaları və Azərbaycan 1992-ci ildə bu təşkilata üzv oldular.

Təşkilat BMT yanında müşahidəçi statusuna malikdir.(AzərTAc)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə