Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müşfiqin dağıdıldığı deyilən heykəli ilə bağlı – RƏSMİ açıqlama
Müşfiqin dağıdıldığı deyilən heykəli ilə bağlı – RƏSMİ açıqlama
27 Fevral 2017 / 13:11 / Baxış sayı: 334
Font1 Font2 Font3 Font4
“Mikayıl Müşfiqin heykəli dağıdılmayıb. Sovetski ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır”.
Bunu BakiPost.az-a açıqlamasında “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakıda Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rekonstruksiya işləri bitdikdən sonra Mikayıl Müşfiqin heykəli əvvəlki yerinə qoyulacaq: “Abadlıq işləri yekunlaşdıqdan sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq”.
Anar Nəcəfli bildirib ki, “Azəravtoyol” ASC bütün işləri ölkə başçısının sərəncamlarına uyğun olaraq həyata keçirir: “Bununla bağlı layihə hazırlanıb. Həmçinin aidiyyəti qurumlar tərəfindən razılaşdırılıb.
Hansı səbəbdən Mədəniyyət və Turizm Nazirliyinin məhkəməyə müraciət etdiyini bilmirəm. Hazırda heykəlin saxlandığı anbara gedirəm. Az sonra şəkilləri mətbuata təqdim edəcəyəm”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə