Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İstanbulda “Xocalıya Ədalət” həftəsi keçirildi – FOTOLAR
İstanbulda “Xocalıya Ədalət” həftəsi keçirildi – FOTOLAR
27 Fevral 2017 / 14:54 / Baxış sayı: 582
Font1 Font2 Font3 Font4
“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Türkiyənin İstanbul şəhərində “Xocalıya Ədalət” həftəsi keçirib.
Bu barədə Trend-ə məlumat verən birliyin sədri Fərid Şahbazlının sözlərinə görə, İGİB artıq beş ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına qoşularaq İstanbulda anma tədbirləri həyata keçirir: “Xocalıya Ədalət” həftəsinin keçirilməsində məqsəd Xocalı soyqrımı, Dağlıq Qarabağ münaqişəsi ilə həqiqətləru qardaş ölkə ictimaiyyətinin diqqət mərkəzinə gətirməkdir”.
F.Şahbazlı qeyd edib ki, həftəlik çərçivəsində Marmara, Yeni Yüzyıl, İstanbul Mədəniyyət Universitetlərində anım proqramları təşkil edilib.
İstanbulda reallaşdırılan “Xocalıya Ədalət” həftəsində Azərbaycan geniş nümayəndə heyəti iştirak edib. Milli Məclisin deputatları Elşən Musayev, Eldəniz Səlimov, Əməkdar artist Aybəniz Haşımova, QHT rəhbərləri Fəxrəddin Həsənzadə, Əhməd Şahidov universitetlərdə təşkil edilən konfranslarda çıxış edərək, Xocalı soyqrımının acı nəticələri və erməni vəhşiliyindən söz açıblar.
“Xocalıya Ədalət” həftəliyində Türkiyə tərəfindən Marmara Universitetinin prorektoru Receb Bozlağan, Yeni YüzYıl Universitetinin rektoru Yaşar Hacısalihoğlu, Mədəniyyət Universitetinin prorektoru Ahmet Cihan, NTV televiziyasının Xarici xəbərlər xidmətinin rəhbəri Ahmet Yeşiltepe, İGİB sədrinin müşaviri İsmayıl Hakkı Şener ve digər şəxslər çıxış edərək, Azərbaycan xalqının kədərini bölüşdüklərini, Xocalı soyqrımına dünya səviyyəsində hüquqi və siyasi qiymət verilməsi üçün bundan sonra da dəstəklərini əsirgəməyəcəklərini qeyd ediblər.
Kampaniya çərçivəsində keçirilən tədbirlərdə Əməkdar artist Aybəniz Haşımova və “Bülbüllər” qrupunun üzvləri tərəfindən vətənpərvərlik ruhunda musiqi kompazisiyaları təqdim edilib.
Tədbirlər Türkiyənin TRT Haber və NTV televiziyaları tərəfindən işıqlandırılıb.
Qeyd edək ki, İstanbulda “Xocalıya Ədalət” həftəsinə Türk Hava Yolları, “Azər-Türk Bank” ASC, STİ Travel Azərbaycan dəstək verib.
 




B


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə