Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verdi
Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verdi
27 Fevral 2017 / 15:10 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4
Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb.
arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, institut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib. Qeyd olunur ki, Azərbaycan ötən il İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, “Barak-8” zenit-raket kompleksləri, EL/M-2080 “Green Pine” hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, “Harop” hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, “SandCat” zirehli avtomobilləri satın alıb.
Hesabatda o da bildirilir ki, Azərbaycan 2016-cı ildə İsrailə “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün “Tamir” raketlərini sifariş edib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə