Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərindən ermənilərin müdafiəsinə qalxan türkiyəli müğənniyə ŞİLLƏ KİMİ CAVAB
Azərindən ermənilərin müdafiəsinə qalxan türkiyəli müğənniyə ŞİLLƏ KİMİ CAVAB
27 Fevral 2017 / 15:30 / Baxış sayı: 1718
Font1 Font2 Font3 Font4

Uğur Işılak “Çırpınırdı Qara Dəniz” mahnısının erməni bəstəkara aid olduğunu iddia edib.

arxiv.bizimxeber.az publika.az-a istinadən xəbər verir ki, azərbaycanlı sənətçi Azərin həmin müğənnini bir cavabı ilə susdurub. Azərin “Çırpınırdı Qara Dəniz”in müəlliflərinin kimə aid olduğunu göstərən rəsmi sənədləri olduğunu və bu məsələdə heç bir mübahisəyə ehtiyac olmadığını vurğulayıb.

Azərin “Işlak çox böyük səhv edib, dərhal TÜRK xalqından və mahnının bəstəkarı və sözlərin müəllifindən üzr istəməlidir”, – deyə cavab verib.

Azərin “Çırpınırdı Qara Dəniz” mahnısının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə böyük şair Əhməd Cavada aid olduğununu qeyd edib:

“Bu mahnı arxivlərdə və sənədlərlə mövcuddur. Mən yaşadığım müddətdə “Çırpınırdı Qara Dəniz” mahnısı “Sarı gəlin”lə eyni taleyi yaşamayacaq”.

Qeyd edək ki, türkiyəli bəstəkar, şair, aparıcı və müğənni Uğur Işılak həm də siyasətlə məşğul olur. O, Ədalət və İnkişaf Partiyası (AKP) üçün musiqilər bəstələyib. Bundan başqa, Işılak 2015-ci ilin iyununda Türkiyədə keçirilən parlament seçkilərində Milli Məclisə deputat seçilib. Lakin 2015-ci ildə təkrar keçirilən millət vəkili seçkilərində namizəd olmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə