Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heykəltaraş “Azəravtoyol”a hiddətləndi: “Bu, əsl vandalizmdir…”
Heykəltaraş “Azəravtoyol”a hiddətləndi: “Bu, əsl vandalizmdir…”
27 Fevral 2017 / 15:34 / Baxış sayı: 700
Font1 Font2 Font3 Font4

Virtualaz.org Bakıda görkəmli şair, gənc yaşında Stalin repressiyasının qurbanı olmuş Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” ASC tərəfindən dağıdılması faktı ilə bağlı Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, görkəmli heykəltaraş Xanlar Əhmədovla da əlaqə saxlayıb. X.Əhmədov bildirib ki, bu açıq-aşkar vandalizm aktı onları da hiddətləndirib.

“Nə Rəssamlar İttifaqı, nə Mədəniyyət Nazirliyi ilə məsləhətləşmədən, razılaşdırmadan heykəli dağıdıblar. Vandalizm əməlini biz başqa yerlərdə axtarırıq, amma bu törədilən əməl əsl vandalizmdir və vandalizm axtarmaq üçün başqa yerə getmək lazım deyil. Həmin heykəl bizim nüfuzlu qadın heykəltaraşımız, mərhum Münəvvər Rzayevanın ən layiqli əsərlərindən biri idi, kifayət qədər yaxşı vəziyyətdə qalmışdı və heç bir bərpaya-filana ehtiyacı yox idi”-Xanlar Əhmədov deyib.

Müsahibimiz “Azəravtoyol” ASC-nin heykəlin guya dağıdılmadığı və həmin ərazidə aparılan yenidənqurma işlərindən sonra “qaytarılıb yerinə qoyulacağı” barədə mövqeyini də anlaşılmaz sayır. “Açıq-aşkar görünür ki, heykəltaraşın əsəri korlanıb, indi onu necə qaytarıb yerinə qoyacaqlar?”-o, sual edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə