Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kim Çen sui-qəsdinin təşkilatçısı bilindi
Kim Çen sui-qəsdinin təşkilatçısı bilindi
27 Fevral 2017 / 15:48 / Baxış sayı: 752
Font1 Font2 Font3 Font4

Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderinin qardaşı Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub.
APA-nın verdiyi məlumata görə, qətli KXDR-nın Xarici İşlər və Təhlükəsizlik nazirliklərinin əməkdaşları təşkil ediblər. Cənubi Koreya xüsusi xidmət orqanları məlumat yayıbki, Şimali Koreya vətəndaşı olan 8 nəfər Kim Çen Namın qətlinin təşkilində şübhəli bilinir. Onlardan dördü ölkənin Təhlükəsizlik Nazirliyi, digərləri Xarici İşlər Nazirliyində işləyir.
Qeyd edək ki, Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında öldürülüb. İstintaqın məlumatına görə, üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam güclü iflic səbəbindən ölüb. Məsələ ilə bağlı dörd nəfər saxlanılıb, dördü isə axtarışa verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə