Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MN: Hərbçilərimizin meyiti ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar
MN: Hərbçilərimizin meyiti ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar
27 Fevral 2017 / 16:08 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4

Müdafiə Nazirliyi həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə ermənilərin yaydıqları məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən arxiv.bizimxeber.az-a bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulasiya etməsidir: “Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır. Ermənistan tərəfinin bu cür məlumatlar yayması, bəzi yerli saytların da bunu tirajlaması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır.

Qeyd edək ki, ermənilər döyüş meydanında qalan Azərbaycan hərbçilərinin meyitlərini qaytarmağa hazır olduqlarını açıqlayıblar.

Müdafiə Nazirliyinin yayadığı məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşləri döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə müvafiq tədbirlər həyata keçirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə