Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tiflis Qarabağda Ermənistana yardım edəcək? – RƏSMİ
Tiflis Qarabağda Ermənistana yardım edəcək? – RƏSMİ
27 Fevral 2017 / 16:31 / Baxış sayı: 1030
Font1 Font2 Font3 Font4

Baş nazirin müavini həddindən sərt danışıb

Gürcüstanın Abxaziya dəmir yolunda hərəkətə razılıq verməklə Ermənistanı iqtisadi blokadadan çıxaracağı barədə xəbərlər yalandır.

İstiPress-in “apsny.ge”yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

O, müxalifətin bu barədə irəli sürdüyü ittihamlara cavab verib: “Ermənistan baş naziri ilə söhbətdə Abxaziya dəmir yolunun açılması barədə bir kəlmə də danışılmayıb”.

“Müxalifət çox şey danışır və çox yalan danışır”.

Gürcüstan müxalifəti bildirib ki, Ermənistan baş naziri Gürcüstana Abxaziya dəmir yolunun açılması ilə bağlı gəlib. “Müxalifət çox şey danışır və çox yalan danışır. Bu konkret layihə ilə bağlı hökumətdə heç bir müzakirə olmayıb”,- deyə Kaladze vurğulayır.

Rusiya və Gürcüstan arasında Ermənistana gedən dəmir yolunun açılması məsələsində anlaşma əldə edilməsi erməni mətbuatı hələ fevralın əvvəlində yazmışdı. Söhbət Praqada Rusiya və Gürcüstan təmsilçiləri arasında “Ticarət dəhlizləri haqqında” sazişin gerçəkləşdirilməsi üzrə danışıqların yeni mərhələsində əldə edilmiş anlaşmadan gedir.

2011-ci ildə imzalanmış sənəd iki tərəf arasında Abxaziya və Cənubi Osetiyadan keçən nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistanla Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılmasını nəzərdə tutur.

Erməni şərhçi Naira Ayrumyan fevralın əvvəlində yazmışdı ki, Karen Karapetyan Ermənistanın baş naziri seçiləndən sonra bu məsələdə irəliləmə olub və Gürcüstanı danışıqlarda təmsil edən Zurab Abaşidze fevralın 8-də ölkəsinin parlamentində hesabat verərək bildirib ki, Rusiya “Ticarət dəhlizləri haqqında” sazişin gerçəkləşdirilməsində maraqlıdır.

Təbii ki, Gürcüstan bu addımı atmaqla Azərbaycanı kürəyindən vurmuş olar. Yəni, Gürcüstan Azərbaycanın Ermənistanı işğal etdiyi torpaqlardan çıxarmaq üçün tətbiq etdiyi təcridetmə siyasətinə zərbə vura bilər. Bir növ Qarabağ müharibəsində Ermənistana yardım etmiş olar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə