Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda borclanmanın sürəti həddən artıq yüksəkdir
Azərbaycanda borclanmanın sürəti həddən artıq yüksəkdir
27 Fevral 2017 / 17:23 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanın rəsmi dövlət borcunun 2016-cı ilin sonuna ÜDM-nin 22.5%-i həcmində  olduğunu açıqlayıb. 

Bu barədə fikrilərini bölüşən iqtisadçı-ekspert Rövşən Ağayevbildirib ki, “Fitch” yalnız hökumətin xarici borclarını nəzərdə tutur.

“Lakin son dövrlər hökumətin daxili borcları da sürətlə artır və hazırda məcmu dövlət borclarının ÜDM-də payı 35%-ə çatır. Manat ifadəsində xarici borclar 13 mlrd. manat, daxili borclar 7.5 mlrd. manata çatır”.

İqtisadçı qeyd edib ki, bunlardan başqa dövlət sektorunun hökumət zəmanəti ilə almadığı borclar dövlət borcu statistikasına daxil edilmir.

“Beynəlxalq Valyuta Fondunun kriteriyası baxımından gerçəkdən də dövlət borcunun hazırkı səviyyəsi riskli nöqtəyə çatmayıb. Amma borclanmanın sürəti həddən artıq yüksəkdir. Məsələn, son 2 ildə daxili borcun ÜDM-də payı 2-3%-dən 12%-dək yüksəlib”.

R.Ağayev qeyd edib ki, BVF-nin meyarına görə, dövlət borcunun yolverilən maksimum (risksiz) həddi inkişaf etmiş ölkələr üçün ÜDM-nin 60%-i, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr üçün 40% səviyyəsində tövsiyə olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə