Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Galaxy S8” -in təqdimat tarixi açıqlandı
“Galaxy S8” -in  təqdimat tarixi açıqlandı
27 Fevral 2017 / 17:53 / Baxış sayı: 648
Font1 Font2 Font3 Font4

Artıq əminliklə demək olar ki, “MWC 2017” sərgisində “Samsung Galaxy S8” smartfonu təqdim edilməyəcək, çünki Cənubi Koreya şirkəti sərgi ərəfəsində yeni smartfonun rəsmi elan tarixini açıqlayıb, amma qabaqcıl smartfonun satışa çıxarılma tarixi əvvəlki kimi məlum deyil.

AZƏRTAC “macdigger.ru” saytına istinadən xəbər verir ki, “Samsung” şirkəti bazar günü “MWC” sərgisinin açılışı ərəfəsində şirkətin sərgi üçün hazırladığı yenilikləri təqdim edib. Mətbuat üçün keçirilən tədbirdə “S Pen” stilusuna malik “Galaxy Tab S3” planşet və “Windows 10” əməliyyat sistemi ilə işləyən “Galaxy Book” seriyasından iki model nümayiş etdirilib. Təqdim edilən yeniliklər arasında qabaqcıl “Galaxy S8” smartfonu olmayıb.

İlkin məlumatlara görə, “Samsung Galaxy S8” smartfonu iki versiyada təqdim olunacaq: 2560×1440 təsvir ölçüsünə malik 5,8 və 6,2 düymlük ekranlara malik modellər. Bundan başqa, “Snapdragon 835” və ya “Exynos” prosessoru, 4 giqabayt əməli yaddaş, 64 giqabayt daxili yaddaş, 3000 və ya 3500 milliamper/saat tutumunda akkumulyator, 12 meqapiksellik əsas kamera, həmçinin “USB-C” konnektoru ilə təchiz ediləcək.

“Galaxy S8” smartfonu rəsmən martın 29-da nümayiş etdiriləcək, aprelin 21-dən etibarən isə satışlara start veriləcəyi gözlənilir.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə