Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı məktəblərində növbəti QALMAQAL-Təhsil İdarəsi israrla susur
Bakı məktəblərində növbəti QALMAQAL-Təhsil İdarəsi israrla susur
27 Fevral 2017 / 18:12 / Baxış sayı: 1314
Font1 Font2 Font3 Font4

Bakı məktəblərində ibtidai sinif müəllimləri yenidən imtahan edilir. APA-nın xəbərinə görə, ibtidai sinif müəllimlərinə imla yazdırılır və bu proses hər bir məktəbin “Ana dili- Ədəbiyyat” müəllimləri tərəfindən həyata keçirilir. Bir müəllimin digər müəllim tərəfindən yoxlanılması məktəblərdə narazılıqlara səbəb olub. 

Paytaxtın müxtəlif məktəblərindən APA-ya bildiriblər ki, məktəblərdə ibtidai sinif müəllimlərinin imla yazmaq qabiliyyətini yoxlamaq üçün tapşırıq verilib. Bildirilib ki, bununla bağlı məktəblərə rəsmi və ya yazılı şəklidə, əmr formasında heç bir göstəriş daxil olmayıb: “Sadəcə, məktəb rəhbərliyi bildirib ki, bu proses Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığı əsasında keçirilir. İbtidai sinif müəllimlərinin yazdığı imlaları isə məktəbin “Azərbaycan dili” və “Ədəbiyyat” fənni müəllimləri yoxlayacaq. Bu da məktəblərdə müəyyən söz-söhbətlərə səbəb olub. Haqlı olaraq etiraz edilir ki, nəyə görə ibtidai sinif müəlliminin bilik səviyyəsini digər fənn müəllimi yoxlamalıdır? İstənilən halda hər ikisi müəllimdir. Onların belə formada yoxlanılması ibtidai sinif müəllimini aşağılamaqdır. Yoxlama keçirilsə, bu, məktəbin müdiriyyəti, Təhsil şöbəsi və ya idarəsi səviyyəsində keçirilməlidir. İmlaların yazılmasına heç kim etiraz etmir. Sadəcə, imlanın məktəbin digər müəllimi tərəfindən yoxlanılması, bir müəllimin digərinin bilik səviyyəsini yoxlaması nə dərəcədə düzgündür? Niyə məhz Ədəbiyyat və ya hansısa fənn müəllimi ibtidai sinif müəllimini yoxlamalıdır? Bu hansı qaydaya uyğundur?”

Müəllimlər əlavə edib ki, göstərişə əsasən, imlalar yuxarı siniflər səviyyəsində və müdiriyyətin istədiyi mövzu üzrə yazılmalıdır.

“IX-X-XI siniflərdə imlalar hansı qaydada yazılırsa, ibtidai sinif müəllimləri də o formada yazmalıdırlar. Bu imlaların yazılması IX sinif şagirdlərin göstərdiyi nəticələrin aşağı olması ilə izah edilir. Buraxılış siniflərində nəticələrin aşağı olmasının ibtidai sinifdən qaynaqladığını əsas götürərək bu proses icra edilir. Müəllimlərə imla yazdırırlar ki, onların özlərinin imla yazmaq bacarıb-bacarmadıqlarını üzə çıxarsınlar”, – deyə qeyd olunub.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov APA-ya bildirib ki, ibtidai sinif müəllimlərinin narazılıqları haqlıdır. Onun sözlərinə görə, bir müəllimin işinin digər müəllim tərəfindən yoxlanılması yanaşma tərzi deyil: “Çünki obyektiv əsaslarla yoxlanma zamanı əvvəlcədən müəyyən edilmiş ixtisaslı yoxlayıcılar olmalıdır. Eyni müəssisədə bir müəllim digər həmkarı tərəfindən yoxlana bilməz. Bu, qiymətləndirmənin prinsiplərinə ziddir. Başqa məktəbdən və ya qabaqcadan müəyyən edilən konkret şəxslər tərəfindən yoxlama həyata keçirilə bilər.

Danılmaz faktdır ki, bu gün Bakı şəhərində olan 307, istərsə də Azərbaycandakı 4481 məktəbin daxilində müəllimlər arasında müəyyən konfliktlər, problemlər, ziddiyyətlər var. Bu da qiymətləndirməyə ciddi təsirini göstərəcək. Nəticədə, obyektivlik gözlənilməyə bilər. Bu və ya digər səbəblərdən ibtidai sinif müəllimləri haqlıdırlar”.

Təhsil eksperti Şahlar Əsgərov isə APA-ya bu prosesin müəllimlərin bilik səviyyəsinin yüksəldilməsinə yönəldiyini deyib. Onun sözlərinə görə, əgər belə imtahanlar olmasa, heç bir müəllim öz üzərində işləməz: “Bu gün Azərbaycanda orta və ali məktəblərdəki problemlərin həlli müəllimlərin səviyyəsinin artmasından asılıdır. İbtidai sinif müəllimi həmin məktəbin müəllimi tərəfindən yoxlanılırsa, bu bir etibarlılıq nümunəsidir. Həmin məktəbin müəlliminə etibar edilib ki, məktəbdaxili yoxlama həyata keçirsin. Özünüz-özünüzü imtahan edin, səhvinizi üzə çıxarın, onların üzərində işləyin. Bu ictimai proseslərdə hər cür yanaşma ola bilər. Burada müəllimlərin inciməsinə səbəb yoxdur. Çünki cəmiyyət bu cür – qarşılıqlı etibar, birgə əməkdaşlıq nəticəsində inkişaf etməlidir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə