Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla hüquqi əməkdaşlığa böyük önəm verir
Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla hüquqi  əməkdaşlığa böyük önəm verir
27 Fevral 2017 / 19:01 / Baxış sayı: 648
Font1 Font2 Font3 Font4

Fevralın 27-də Bakı şəhərində Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilmişdir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Ədliyyə, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak etmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, institusional və cinayət təqibi tədbirləri haqqında ətraflı məlumat vermiş, korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Avropa Şurasının ekspertləri Con Devit və Paul Zoubkov təqdimatla çıxış edərək hüquqpozmalarla əlaqədar məlumat vermə sahəsində imkanlar və çətinliklər, bu barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi yolları müzakirə edilmişdir.

Tədbirdə hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilmiş, faydalı fikir mübadiləsi aparılmışdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlığın daha da gücləndirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə