Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təyyarə yaşayış evlərinin üzərinə düşdü: Ölü və yaralılar var (VİDEO)
Təyyarə yaşayış evlərinin üzərinə düşdü: Ölü və yaralılar var (VİDEO)
28 Fevral 2017 / 8:45 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4

Təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarə yaşayış evlərinin üzərinə düşüb. İstiPress-in  TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Riversayd şəhərindən San-Xoseyə uçan “Cessna 310” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 4 nəfər olub.

Şəhər yanğınsöndürmə İdarəsinin nümayəndəsi Tayler Reynolds bir nəfərin öldüyünü təsdiqləyib. Lakin onun ekipaj üzvü və ya sakin olduğu haqda məlumat verilmir. Eləcə də yaralıların vəziyyəti barədə də məlumat verilmir.

Hadisədən sonra üzərilərinə təyyarə düşən iki fərdi yaşayış evində yanğın başlayıb. Sonra alov yaxınlıqdakı tikililərə keçib. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə