Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Akademik Milli Dram Teatrının aktyorları şagirdlərlə görüşüblər
Akademik Milli Dram Teatrının aktyorları şagirdlərlə görüşüblər
28 Fevral 2017 / 8:59 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4

Nizami rayonunun 328 saylı tam orta məktəbində Akademik Milli Dram Teatrının aktyorları xalq artisti Nurəddin Mehdixanlı və Anar Heybətovla görüş keçirilib.

Teatrın mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, görüşü giriş sözü ilə məktəbin direktoru Asif Nəbiyev açaraq qonaqları salamlayıb. O, teatrın cəmiyyətdəki və hər bir xalqın mədəni inkişafındakı rolundan danışıb. Sonra məktəbin şagirdləri hazırladıqları səhnəcikləri təqdim ediblər.

Məktəbin musiqi müəllimi Nailə Heydərovanın şagirdlərlə hazırladığı səhnəciklər qonaqların marağına səbəb olub, onları alqışlayıb, uğurlar arzu ediblər.
Məktəbin musiqili qonağı – 70 saylı məktəbin 7-ci sinif şagirdi Yeganə Eyvazlı “O sole mio” klassik mahnını ifa edib. O da qonaqların xüsusi marağına səbəb olub. Hər iki aktyor Yeganə Eyvazlıya gələcəkdə böyük səhnələri fəth etməyi arzulayıb və buna inandıqlarını deyiblər.

Sonra şagirdlərlə aktyorlar arasında maraqlı diskussiya baş tutub.
Şagirdlər onları maraqlandıran suallarla qonaqlara müraciət edib. Tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnaz Eyvazlı təkliflərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib.

Məktəblilərin arzusu ilə Nurəddin Mehdixanlı müəllifi olduğu şeiri səsləndirib, alqışlarla qarşılanıb. 7-ci sinif şagirdi Səid Cümşüdov “Ölülər” əsərindən Kefli İsgəndərin monoloqunu göstərib.

Nurəddin Mehdixanlı və Anar Heybətov məktəblilərlə görüşdən məmnun qaldıqlarını bildiriblər.

arxiv.bizimxeber.az 

Gorus1

gorus2

gorus3

Gorus4

gorus6

gorus8

gorus9



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə