Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhidimizlə vida mərasimi başladı
Şəhidimizlə vida mərasimi başladı
28 Fevral 2017 / 10:00 / Baxış sayı: 866
Font1 Font2 Font3 Font4

Şahlar Nəzərovla vida mərasimi Yardımlı rayonun Peştəsər kəndində keçirilir

Fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına  şəhid olan hərbçimiz Şahlar Nəzərovun dəfn mərasimi başlayıb. Yardımlı rayonun Peştəsər kəndindən olan şəhidlə vida mərasimi doğulduğu kənddə keçirilir. İstiPress-in Cənub bürosunun məlumatına görə, mərasimdə şəhidin hərbçi yoldaşları, rayon rəsmiləri,kənd sakinləri və yüzlərlə gənc iştirak edir.

Qeyd edək ki, fevralın 25-də  Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular  və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.

Döyüşlər zamanı 5 hərbi qulluqçumuz şəhid olub.Hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanında qalıb. Ötən gün şəhidlərimizin nəşi ərazidən götürülüb.

Allah rəhmət eləsin!

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə