Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Komitə sədrinin qardaşı Bakıdakı biznesini xaricə köçürür
Komitə sədrinin qardaşı Bakıdakı biznesini xaricə köçürür
28 Fevral 2017 / 10:26 / Baxış sayı: 1034
Font1 Font2 Font3 Font4
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş prezidenti Tağı İbrahimov Azərbaycandakı biznes obyektlərini Rusiya və Türkiyəyə köçürür.
arxiv.bizimxeber.az ölkə.az-a istinadən xəbər verir ki, Tağı İbrahimova məxsus olan “İBRA Holdinq” və “Nehrəm Holdinq” hazırda ciddi maliyyə böhranı keçirir.
Hətta, maddi vəziyyəti o qədər ağırdır ki, sözügedən holdinqlərə daxil olan bir neçə şirkət bağlanıb. Bakının Nərimanov, Səbael və Yasamal rayonlarında Tağı İbrahimova məxsus digər obyetklər isə satışa çıxarılıb.
Bakının Yusif Səfərov küçəsindəki “Araz” mehmanxanasının bu yaxınlarda qəfil sökülməsindən sonra Tağı İbrahimovun da öz biznesini Türkiyəyə köçürtməyə qərar verdiyi deyilir.
Əldə etdiyimiz məlumata görə, iş adamı Türkiyə ilə yanaşı Rusiya və İsrailə də investisiya yatırmağa hazırlaşır. Tağı İbrahimova məxsus şirkətlərin Rusiyada informasiya kommunikasiya texnologiyaları, İsraildə isə tikinti-inşaat sahələri bazarında fəaliyyət göstərəcəyi söylənilir.
Qeyd edək ki, Tağı İbrahimov “Hacı İbrahim Nehrəmli” kimi tanınan məşhur biznesmen İbrahim İbrahimovun da qardaşıdır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə