Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çingiz Abdullayev “Azəravtoyol”a təklif edir: “Gəlsinlər Sabirin, Nəsiminin heykəlini də dağıtsınlar…”
Çingiz Abdullayev “Azəravtoyol”a təklif edir: “Gəlsinlər Sabirin, Nəsiminin heykəlini də dağıtsınlar…”
28 Fevral 2017 / 11:12 / Baxış sayı: 1088
Font1 Font2 Font3 Font4

“Azəravtoyol” ASC tərəfindən Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlini Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan sökməsi ictimaiyyət arasında hiddətlə qarşılanıb.

Virtualaz.org xəbər verir ki, dünyaca tanınmış yazıçı, Azərbaycan PEN-klubunun prezidenti Çingiz Abdullayev bu hadisəni acı ironiya ilə şərh edib.

“Bununla kifayətlənmək lazım deyil, gəlsinlər Yazıçılar İttifaqının da binasını söksünlər, hansı ki, orada Stalin dövründə repressiyalara məruz qalmış Azərbaycan yazıçılarının adları var. Üstəlik müsəlmanlar haqqında xoşagəlməz şerlər yazan Sabirin heykəlini də dağıtmaq pis olmazdı, yaxud bütün şerlərini fars dilində yazdığına görə Nizaminin, vətənində ölməli olduğu halda Suriyada qətlə yetirilməyi üstün tutan Nəsiminin heykəlini dağıtmaq üçün nəyi gözləyirlər?”-yazıçı haqqin.az-a açıqlamasında deyib.

Çingiz Abdullayev “Azəravtoyol”un rəhbərliyinə təkliflərini davam etdirərək onları “eyni səbəblərdən”, yəni məzarı başqa ölkədə olan və ümumiyyətlə üç dildə yazdığı üçün Füzulinin monumentini də dağıtmağa çağırıb. Yazıçı bildirib: “Bununla da dayanmaq olmaz. Bir halda ki, Müşfiqin heykəlini söküblər, gəlsinlər bütün qalan heykəlləri də söksünlər…”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə