Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid Şahlar Nəzərov dəfn olundu – FOTO
Şəhid Şahlar Nəzərov dəfn olundu – FOTO
28 Fevral 2017 / 11:14 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4

O, Yardımlı rayonun Peştəsər kəndində torpağa tapşırılıb

Fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına  şəhid olan hərbçimiz Şahlar Nəzərov dəfn olunub. O, doğulduğu  Yardımlı rayonun Peştəsər kəndində torpağa tapşırılıb. İstiPress-in Cənub bürosunun məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.

 

Qeyd edək ki, fevralın 25-də  Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular  və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.

Döyüşlər zamanı 5 hərbi qulluqçumuz şəhid olub.Hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanında qalıb. Ötən gün şəhidlərimizin nəşi ərazidən götürülüb.

Allah rəhmət eləsin!

 

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə