Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda amansızlıqla öldürülən qadın cadugər imiş – YENİ FAKTLAR – FOTO
Bakıda amansızlıqla öldürülən qadın cadugər imiş – YENİ FAKTLAR – FOTO
28 Fevral 2017 / 11:18 / Baxış sayı: 846
Font1 Font2 Font3 Font4

Fevralın 27-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində mənzilində amansızlıqla öldürülən 53 yaşlı Anjelika Morozova ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, fevralın 24-də günün ikinci yarısında öldürüldüyü ehtimal edilən qadının cadugər olduğu bildirilib. Rus magiyası ilə məşğul olduğu bildirilən qadın evində tək yaşayırmış və vaxtaşırı müştərilərini qəbul edirmiş.

Bildirilir ki, naməlum şəxs və ya şəxslər A.Morozovanı qətlə yetirməzdən əvvəl onu sorğu-sual ediblər və hələlik məlum olmayan mövzu barəsində ondan informasiya almağa çalışıblar. Qadından istədiklərini ala bilməyən və ya istəklərinə çatan həmin şəxslər daha sonra onu boğaraq öldürüblər. Boğulmaqdan əvvəl ona xəsarət yetirildiyi də üzə çıxıb.

Bu arada o da məlum olub ki, A.Morozova son olaraq fevralın 24-də səhər saatlarında sosial şəbəkədəki profilini açıb.

Faktla bağlı Başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılır. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

*****

27 fevral

Bakıda yaşadığı evdə boğularaq öldürülən 53 yaşlı Anjelika Morozovanın qatilləri axtarılır. Lent.az xəbər verir ki, hadisəni törədən şəxs və ya şəxslər daha sonra mənzilin qapısını bağlayaraq qaçıblar. A.Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görüncə polisə müraciət ediblər və qadının qətlə yetirildiyi üzə çıxıb.

Qətlə yetirilən A.Morozovanın bəzi fotolarını təqdim edirik.

*****

11:16

 

Bakıda qətl törədilib. Lent.az xəbər verir ki, Hövsan qəsəbəsində yaşayan 53 yaşlı Morozova Anjelika Vasilyevna yaşadığı ünvanda naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. İlkin araşdırma zamanı onun boğularaq öldürüldüyü üzə çıxıb.

Bildirilir ki, A.Morozova mənzilində tək yaşayırmış. Onun öldürülməsi hadisədən 3 gün sonra məlum olub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə