Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir şəhid verdik -CƏBHƏDƏ İTKİ – FOTOLAR
Daha bir şəhid verdik -CƏBHƏDƏ İTKİ – FOTOLAR
28 Fevral 2017 / 11:41 / Baxış sayı: 1224
Font1 Font2 Font3 Font4

Ordumuz bu gecə də düşmənlə atışma zamanı itki verib.

arxiv.bizimxeber.az-ın verdiyi məlumata görə, Tovuz Rayon Yanıqlı kənd sakini Elvin Süleyman oğlu Əhmədov ötən gün cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına həlak olub.  Şəhidlə bağlı Müdafiə Nazirliyindən məlumat verilməsə də, millət vəkili Qənirə Paşayeva faktı təsdiqləyib:

“Tovuzun və ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub. Yanıqlı kəndindəndir Elvin qardaşımız. Bu gün Xocalı soyrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtalyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, Vətən sevdalıdır. Səbr dilədiyim şəhid atamız deyəsən səsimin titrədiyinin fərqində idi və telefonda Qənirə xanım oğlumla qürur duyuram, təki Vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun dedi. Belə şəhid ailələri qarşısında sadəcə baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi inşallah Tovuza gəliib ailəmizi ziyarət edəcəm. İnanıram ki Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qanınız yerdə qalmayacaq, əziz şəhidlərimiz”- deyə millət vəkili sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Elvin Süleyman oğlu Əhmədovun cənazəsini bu gün ailəsinə təhvil verdilər. Şəhidimiz bu gün dəfn olunacaq.

Allah şəhidimizə rəhmət eləsin!

 arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə