Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan-Ermənistan sərhədində-Zəlzələ – YENİLƏNİB
Azərbaycan-Ermənistan sərhədində-Zəlzələ – YENİLƏNİB
28 Fevral 2017 / 13:20 / Baxış sayı: 912
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, fevralın 28-də Ermənistan-Azərbaycan sərhədində zəlzələ baş verib.

Virtualaz.org-un tert.am-a istinadən məlumatına görə, Qafan merinin mətbuat katibi Armin Avakyan deyib ki, şəhərdə bu gün saat 10:17-də qeydə alınan zəlzələ nəticəsində bütün infrastrukturlardan uşaqlar təxliyə olunub, dağıntılar qeydə alınmayıb.

“Əvvəlcə təkanlar güclü idi və səs-küylü idi. İnsanlar ilk anlarda elə bildilər ki, nəsə partlayış baş verib. Sonra afterşok izləndi və aydın oldu ki, zəlzələ baş verib”, – deyə Armin Avakyan bildirib.

Mətbuat katibi bildirib ki, təkandan sonra telefon bağlantılarında, həmçinin internetə girişdə problem yaranıb: “Buna görə təlaş başlandı, ancaq meriyanın əməkdaşları şəhəri gəzdilər və xəbərdarlıq etdilər ki, dağıntılar və itkilər qeydə alınmayıb”.

———

 11:41

 

 

Bu gün Ordubaddan 37 kilometr şimal-şərqdə, Azərbaycan-Ermənistan sərhədində 3.5 bal gücündə zəlzələ olub.

arxiv.bizimxeber.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:28:14-də qeydə alınıb.

Episentri 11 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubadda üç bala qədər hiss olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə