Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Komandirini döyüş meydanından çıxararkən şəhid olan əsgərin dəfni -FOTO
Komandirini döyüş meydanından çıxararkən şəhid olan əsgərin dəfni -FOTO
28 Fevral 2017 / 11:46 / Baxış sayı: 1116
Font1 Font2 Font3 Font4

Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi  Zakir Nazim oğlu Cəfərov  bu gün dəfn edilib.

İstiPress-in məlumatına görə, əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub.

Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.

Cəfərov Zakir Nazim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu idi. Şəhid Zakir Cəfərov yaralı komandirini çiyninə alıb döyüş meydanından çıxarmaq istərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə