Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Prezidentin sərəncamından 70 min abituriyent yararlanacaq” – Məleykə Abbaszadə
“Prezidentin sərəncamından 70 min abituriyent yararlanacaq” – Məleykə Abbaszadə
28 Fevral 2017 / 11:47 / Baxış sayı: 758
Font1 Font2 Font3 Font4

“Cənab prezidentin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının pulsuz keçirilməsi ilə bağlı sərəncam imzalaması hamınıza məlumdur. İlk dəfə olaraq pulsuz keçiriləcək imtahandan təxminən 70 min nəfər yararlanacaq”.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

M.Abbaszadə bildirib ki, bu rəqəm ötən ilin statistik rəqəmlərinə əsaslanır: “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkili və tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu sərəncam 70 min gənci əhatə edəcək. Hər bir gənc orta ixtisas təhsili və ya ali təhsil müəssisələrinə qəbul imtahanlarında ilk dəfə iştirak xərci dövlət tərəfindən ödəniləcək. Bu rəqəm ötən ilin statistika rəqəmlərinə əsaslanır. Bu il ola bilər ki, rəqəmlər dəyişsin.

Bizim xidmət haqqımızı ya sifarişçi ya da istifadəçi ödəyir. Bu dəfə sifarişçi dövlət oldu. Bu, gənclərin təhsil almasına təkan olacaq. Ötən il 65 min məzun sənəd vermişdi. Bu il sayın artacağı proqnozlaşdırılır”.

M.Abbaszadə bildirib ki, 2016-ci ildə 56433 abituriyent (68.31 faiz) ali məktəbə qəbul üçün sənəd verib. 2015-ci ildə isə məktəbi bitirənlər 8567 abituriyent olub: “Gələcəkdə abituriyentlərin ali məktəbə imtahan verməsi üçün imkanlar genişləndirilə bilər. Belə ki, bu ilki qəbul qaydalarına əsasən abituriyentlərə I və IV qruplarda iki dəfə imtahan vermək şansı vermişik. Gələcəkdə bu şanslar arta bilər və abituriyentlər 2-3 dəfə ali məktəblərə imtahan verə biləcəklər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə