Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

30 min borçalılı kredit fırıldağının qurbanı oldu – Evləri hərraca çıxarıldı
30 min borçalılı kredit fırıldağının qurbanı oldu – Evləri hərraca çıxarıldı
28 Fevral 2017 / 12:26 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4
Gürcüstanda yaşayan soydaşlarımızın dərdi bitmək-tükənmək bilmir.
Bu dəfə Faktor.az-a daha bir problemlə bağlı məktub daxil oldu.
“Xalqımızın Gürcüstanda üzləşdiyi problemlərdən birini xahiş edirəm işıqlandırın.
Son zamanlar Gürcüstan hakimiyyətinin bəzi strukturları Xalqımıza qarşı çox amansız münasibət sərgiləməkdədir. ,
Xüsusən, Kaxeti bölgəsində, soydaşlarımızın kompakt yaşadığı Qaraçöp mahalında durum çox pisdir.
30 min əhalisi olan mahalın sakinləri əkiçnilik və maldarlıqla məşğuldur.
Beş il bundan qabaq, Dövlət kənd təsərüffatının inkişafı ilə bağlı əhaliyə 3 fazilik kredit ayırmaq aksiyasına Qaraçöp əhalisi də qoşulub.
Nəticədə əhalinin banklara 120 milyon lari borcu yaranıb.
Problemin əsas qaynağı 3 faizlə verilən kreditinin 18 faiz ödəmə ilə istənilməsidir. Borcları ödəyə bilməyən sakinlərin 15 evi və bir neçə özəl torpaq sahəsi artıq ərəb və çinli investorlara satılıb.
Fevral ayında isə daha 30 ev hərraca çıxarılıb. Qaraçöp əhalisi dövlət orqanlarına, Mərkəzi bank rəhbərliyinə, İnsan haqları Şurasına müraciət etsə də, müsbət cavab ala bilməyib.
Əgər məsələ qısa müddətdə həllini tapmazsa, bu, münaqişə ilə nəticələnə bilər.
Soydaşlarımızı Qərbi azərbaycanlıarın taleyi gözləyir.
Sizdən xahiş edirəm, Azərbaycan hakimiyyətini bu mövzuda bilgiləndirin.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə