Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putinin adamı cəbhədəki son qanlı döyüşlərin əsl səbəbini açıqladı
Putinin adamı cəbhədəki son qanlı döyüşlərin əsl səbəbini açıqladı
28 Fevral 2017 / 12:34 / Baxış sayı: 1024
Font1 Font2 Font3 Font4

Sarkisyanın münaqişə zonasında gərginliyi artırmaqda dörd məqsədi var

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov Dağlıq Qarabağda baş verən növbəti qanlı toqquşmanın səbəbləri barədə danışıb.

İstiPress-in məlumatına görə, Sergey Markov km.ru saytına müsahibəsində bildirib ki, Qarabağdakı son döyüşlərin baş verməsinin günahkarı Ermənistandır.

“Kənardan baxanda belə görünür ki, Ermənistan 2016-cı ilin aprel ayında itirdiyi əraziləri geri qaytarmağa çalışır. Birinci məqsəd vahid müdafiə xəttini bərpa etməkdir, hansı ki, bu, ötən ilin aprel ayında dəyişib. İkinci məqsəd son vaxtlar xalq arasında nüfuzunu itirən Ermənistan prezidentinin mövqeyini möhkəmləndirmək. Ona görə də münaqişə zonasında gərginlik artırıldı və guya müharibə başladı, “qələbə” qazandı”, – deyə Sergey Markov deyib.

Rusiya preziddentinin səlahiyyətli nümayəndəsi bildirib ki, cəbhədəki son döyüşlər Ermənistana beynəlxalq tənqidlərə cavab verməyə imkan yaradır. Belə ki, hər iki tərəfə münaqişənin həlli ilə bağlı formul təqdim olunub, amma İrəvan bununla razılaşmır.

“Hansı tərəf Putinin müraciətinə əməl etməsə, Rusiyanın dəstəyini itirəcək.”

“Formul bundan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarır. Azərbaycan isə öz növbəsində həmin torpaqlarda demilitarizasiyanı təmin edir. Aydın məsələdir ki, müharibə İrəvana bunu deməyə imkan verir: “Bəs, biz bununla necə razılaşa bilərik, axı müharibə gedir”. Yəni Ermənistan danışıqlarda öz mövqeyini sərtləşdirməyə çalışır”, – deyə Sergey Markov qeyd edib.

Politoloq döyüşlərin Ermənistan tərəfindən aktivləşdirilməsinin daha bir səbəbini diqqətə çatdırıb.

“Burada bir məqam da var. Uzun müddət hesab edilirdi ki, Ermənistan ordusu Azərbaycandan güclüdür, lakin aprel müharibəsi göstərdi ki, bu belə deyil. Hesab edirəm ki, erməni ordusunda ruh yüksəkliyi yaratmaq, erməni xalqında özünə inamı bərpa etmək üçün münaqişənin gərginləşdirilməsi əsas vəzifələrdən biridir”, – S.Markov vurğulayıb.

Qarabağ

Münaqişədə Moskvanın mövqeyinə gəlincə, Putinin yaxın adamı qeyd edib ki, Rusiya regionda sülhün tərəfdarıdır.

“Aprel müharibəsi zamanı Putin Azərbaycan və Ermənistan prezidentlərinə zəng vuraraq döyüşlərin dayandırılmasını istədi. Əgər hansı tərəf buna əməl etmirsə, Rusiyanın dəstəyini almayacaq. Bu, Moskvanın əlində olan təsir vasitəsidir. Hələ ki, Rusiya fasilə götürüb, bir az gözləyir. Bütün məlumatları toplamaq, son hərbi toqquşmanın detalları və incəliklərini araşdırmaq, sonra isə hərəkətə keçmək lazımdır”, – Putinin səlahiyyətli nümayəndəsi bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə