Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zeynəb Xanlarova niyə susur?!
Zeynəb Xanlarova niyə susur?!
28 Fevral 2017 / 14:25 / Baxış sayı: 1248
Font1 Font2 Font3 Font4

Xəbər verildiyi kimi “Azəravtoyol” ASC-nin rəhbərliyinin qanunsuz göstərişi əsasında nakam şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə yerləşən heykəli sökülüb. İki gündür ki, tanınmış ictimai xadimlər, o cümlədən dünya şöhrətli yazıçı Çingiz Abdullayev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, heykəltaraş, xalq rəssamı Xanlar Əhmədov və digərləri şairin heykəlinin sökülməsini kəskin pisləyib, bundan hiddətləndiklərini ifadə ediblər. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də bu bu gün jurnalistlərə açıqlamasında bu qanunsuz addıma görə “Azəravtoyol” ASC-nin məsul şəxslərinin cəzalandırılmasını tələb edib.

Müşfiqin heykəlinin sökülməsinə əslən şairlə bir rayondan-Xızıdan olan SSRİ xalq artisti, Milli Məclisin deputatı, müğənni Zeynəb Xanlarovanın da etirazını ifadə edəcəyini gözləyirdik.

Virtualaz.org Zeynəb Xanlarovanın bu hadisəyə münasibətini öyrənə bilmək üçün iki gündür ki, onun özünə, köməkçisinə və sürücüsünə israrlı zənglər edib.

Lakin Zeynəb xanımla əlaqə yaratmaq heç cür mümkün olmayıb, eləcə də onun özünün Müşfiqin heykəlinə qarşı yol verilmiş vandalizm əməlinə münasibətinə başqa mənbələrdə rast gəlinmir. Hansı ki, Zeynəb Xanlarova Müşfiqin şerlərinə yazılmış mahnılara öz repertuarında tez-tez yer verərdi. Bəs indi ona Milli Məclisin deputatı, tanınmış ictimai xadim, görkəmli incəsənət xadimi kimi şairin xatirəsinə qarşı “Azəravtoyol” ASC-nin rəhbərinin göstərişi ilə yol verilmiş bu təhqirə münasibət bildirməyə nə mane olur?

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə