Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ata, narahat olma, yaxşıyam” – Şəhidin son sözləri – FOTO
“Ata, narahat olma, yaxşıyam” – Şəhidin son sözləri – FOTO
28 Fevral 2017 / 14:36 / Baxış sayı: 1062
Font1 Font2 Font3 Font4

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Əhmədov Elvin Süleyman oğlunun cənazəsi Tovuzun Yanıqlı kənd qəbirstanlığında torpağa tapşırılıb.

Bu barədə AzVision.az-a şəhidin yaxınları məlumat verib. Dəfn mərasimində Yardımlı Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Bildirilib ki, şəhid E.Əhmədov ötən gün günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb:

“Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı. O, çox ağıllı, səmimi, təbiyyəli gənc idi. Orta məktəbi bitirən kimi, hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsi ilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. O, atası ilə telefon danışığında vəziyyətin yaxşı olduğunu, narahat olmamalarını deyib. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq”,-deyə şəhidin yaxınları söyləyib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə