Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan Rusiyadan yardım istədi
Ermənistan Rusiyadan yardım istədi
28 Fevral 2017 / 14:40 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4

Rəsmi İrəvan indiyə kimi buraxdığı səhvləri də etiraf etdi

Ermənistan baş naziri Karen Karapetyan dünyanın bir çox ölkələrindəki erməni diasporuna müraciət edərək Ermənistana yardım etməyə çağırıb.

İstiPress-in məlumatına görə, baş nazir diasporaya müraciətində həm də indiyə kimi buraxılan səhvlərdən danışıb.

“Biz səhvlərimizi başa düşdük və bizim növbəti səhvlərə icazəmiz yoxdur. Bizim ölkənin geosiyasi vəziyyəti və bu günkü problemlər bizdən daha ağıllı olmağı və rəqabət üstünlüklərmizi doğru istifadə etməyi tələb edir”,- deyə Karen Karapetyan bildirib.

Karapetyan rəqabət üstünlüyü kimi təqdim etdiyi məsələ əslində diasporun Ermənistana göndərdiyi pullardır. Ermənistan Mərkəzi Bankının məlumatına görə, son 3 il ərzində diaspordan Ermənistana daxil olan pullar 30 faiz azalaraq 2016-cı ildə 1,5 milyrad dollara düşüb. 2013-cü ildə isə bu vəsait 2,3 milyard dollara yaxın idi.

Diaspordan daxil olan pullardan Rusiyanın payı böyükdür və daxil olan vəsaitlərin 70 faizi bu ölkənin payına düşür. 2013-cü ildə bu ölkədən Ermənistana 1,7 milyard dollar daxil olmuşdu. Sonrakı illərdə isə Rusiyadakı erməni diasporu göndərdiyi pulları azaldıb və 2016-cı ildə 0,9 milyard dollar təşkil edib. Yəni Rusiyadakı erməni diasporu göndərdiyi vəsaitləri 0,8 milyard dollar azaldıb. Başqa ölkələrdən gələn vəsaitlər isə demək olar ki, azalmayıb. Buna görə, Karapetyanın müraciəti əsasən Rusiyaya ünvanlanıb.

Diasporun vəsaitlərinin azalmasında müəyyən qədər iqtisadi böhran rol oynasa da, Ermənistan hakimiyyəti ilə diaspor təmsilçilərinin arasında yaranmış gərginlik də rol oynayır. Bu gərginlik 2016-cı ilin yayında özünü daha kəskin göstərdi və Serj Tankyan, Arsine Xancyan kimi tanınmış diaspor təmsilçiləri Ermənistan hakimiyyətini korrupsiyada, rüşvətxorluqda və s.-də günahlandırıb.

Həmçinin diaspor ermənilərinin Ermənistan ordusu, işğal edilmiş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi və s. üçün göndərdiyi pullar da mənimsənilib. Erməni mətbuatının yazdığına görə, işğal edilmiş torpaqlara ermənilərin köçürülməsi üçün dəfələrlə yüz  milyon dollarla ölçülən vəsait ayrılıb, amma bu pullar hakimiyyətdəki Qarabağ klanının təmsilçiləri tərəfindən mənimsənilib. Buna görə diaspor təmsilçiləri artıq bu cür aksiyalara pul vermək istəmirlər.

Rusiyada yaşayan ermənilər isə Ermənistanla bağlı bütün ümidlərini tamamilə itiriblər və artıq qohumlarına pul göndərmək istəmirlər. Bunun əksinə, onları köçürərək Rusiyaya aparırlar. Bu isə Ermənistanda ticari ərzaq dövriyyəsinə birbaşa təsir edir, demoqrafik göstəriciləri daha da pisləşdirir. Karapetyanın məktubu Ermənistanı dibsiz quyuya çəkən bu meylin qarşısını almaq məqsədi daşıyır. Atalar demişkən, suda boğulan sonuncu samandan da yapışar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə