Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə Azərbaycana başsağlığı verdi
Türkiyə Azərbaycana başsağlığı verdi
28 Fevral 2017 / 14:51 / Baxış sayı: 636
Font1 Font2 Font3 Font4

“Azərbaycanın dərdi bizim dərdimizdir, sevinci bizim sevincimizdir”. AzVision.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının iclası zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür.

“Qardaş Azərbaycanın şəhid olan 5 əsgərinə rəhmət diləyirəm. Azərbaycan xalqının kədərini bölüşürük. Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır. Bu məsələdə Azərbaycan torpaqları erməni separçıları tərəfindən işğal edilib və bu problem bu günə qədər öz həllini tapmayıb. Azərbaycanın dərdi – Türkiyənin dərdidir, Azərbaycanın xoşbəxtliyi – Türkiyənin xoşbəxtliyidir. Bir daha vurğulamaq istəyirəm ki, bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə